"Başakşəhər" Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı Polşa "Legiya"sına təklif göndərib.

Bu barədə türkiyəli jurnalist Yağız Sabuncuoğlu özünün tviter səhifəsində paylaşım edib. O, İstanbul təmsilçisinin Varşava klubuna 750 min avro təklif etdiyini yazıb. Daha əvvəl Türkiyə mətbuatında "Başakşəhər"in 25 yaşlı hücumçu ilə anlaşdığı bildirilib. "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib.